Menu

13 yaşlı qız “şəhid kəməri” ilə tutuldu

11.12.2014, 23:17

sehid kemeriNigeriya polisi “şəhid kəməri” geydirilmiş 13 yaşlı qızı saxlayıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ətrafdan keçənlər məlumat veriblər və bundan sonra polis bədəninə terror aktına hazır vəziyyətdə olan partlayıcı bağlanmış uşağı aşkar edib.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları potensial kamikadzeni iki qadının Kano şəhərindəki bazarda özlərini partlatdıqdan bir neçə saat sonra saxlayıblar.

Analoji hadisə Nigeriyada bu ilin iyununda baş vermişdi. O zaman Katsina ştatında 10 yaşlı qızcığaz üzərində “şəhid kəməri” ilə tutulmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol