İşğalçı İsrailin rejiminin rəhbəri Benyamin Netanyahu videomüraciətində İranla bağlı açıqlamalar verib.
"AzPolitika" xəbər verir ki, Netanyahu, oktyabrın 1-də İranın İsrailə qarşı hücumu zamanı ölkəsinə ciddi zərər dəymədiyini iddia edib. İşğalçı rejimin baş naziri hücumun Tehran iqtisadiyyatına 2,3 milyard dollar ziyan vurduğunu bildirib.
Netanyahu onu da iddia edib ki, Tehranın İsrailə qarşı mümkün yeni hücumu İran iqtisadiyyatını çökdürə bilər. Baş nazir əlavə edib ki, İsrail, eləcə də İran xalqı Təl-Əviv və Tehran arasında münaqişənin olmasını istəmir.
Tehran rəhbərliyinin İsrail kimi İran xalqının da gələcəyini məhv etməyə çalışdığını iddia edən Netanyahu buna icazə verməyəcəklərini bildirib.
"AzPolitika.info"


Şərhlər