Menu

2023-cü ildə ABŞ-nin 500-dən çox hərbçisi intihar edib

15.11.2024, 09:27
2023-cü ildə ABŞ-nin 500-dən çox hərbçisi intihar edib

Keçən il ABŞ ordusunun 500-dən çox hərb qulluqçusu intihar edib ki, bu da 2022-ci ildəki göstəricidən çoxdur.

APA xəbər verir ki, bu barədə Pentaqonun yaydığı hesabatda deyilir.

Qurumun məlumata görə, intihar edənlərin çoxu gənc hərbçilər olub.

Qeyd edək ki, 2022-ci ildə ABŞ ordusunun 493 hərbçisi intihar etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol