Menu

İstiliyin verilməsinə başlanıldı

15.11.2024, 10:51
İstiliyin verilməsinə başlanıldı

Bu gündən 2024-2025-ci illər payız-qış mövsümü ilə əlaqədar Azərbaycanda mərkəzləşdirilmiş istilik sistemi işə salınır, istilik təchizatı obyektlərinin, o cümlədən qazanxanaların istiliklə təminatına başlanılır.

“Azəristiliktəchizat” ASC-dən verilən məlumata görə, artıq prosesə başlanılıb: “Bütün qazanxanalar və istilik məntəqələri işə salınıb. “Azəristiliktəchizat” ASC-nin balansında olan bütün yaşayış və qeyri-yaşayış binaları istiliklə təmin olunacaq. Heç bir problem və yubanma yoxdur”.

Qeyd edək ki, ölkə ərazisində payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.

Şərhlər

Reyhan 2024-11-15 20:08:09

Çox böyük bir yalan informasiya veriblər Sizin sayta, 4 mikrorayon Hüseyn Seyidzadə küçəsi ünvanında istilik hələ də verilməyib..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol