Menu

İsrail və Fransa azarkeşləri arasında qarşıdurma yaşanıb - VİDEO

15.11.2024, 11:09
İsrail və Fransa azarkeşləri arasında qarşıdurma yaşanıb - VİDEO

UEFA Millətlər Liqasının A qrupunda Fransa və İsrail komandaları arasında keçirilən futbol matçında gərgin anlar yaşanıb.

"AzPolitika" xəbər verir ki, paytaxt Parisdə oynanılan matç zamanı İsrail himninin fitə basılması fonunda qarşıdurma baş verib.

Məlumata görə, bəzi israilli azarkeşlər dava salaraq fransız azarkeşləri döyüblər.

Polisin müdaxiləsi nəticəsində gərginliyin böyüməsinin qarşısı alınıb. Qeyd edək ki, Fransa-İsrail görüşü 0-0 hesabı ilə yekunlaşıb.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol