Menu

Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb

19.11.2024, 00:01
Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb

Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.

Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol