“Daha az gəlirli pensiyaçıları yüksək indeksasiya edib, yüksək pensiya alanları daha az indeksasiya etməyimiz sosial cəhətdən düzgün deyil. Biz bununla daha çox sığorta ödəyən şəxsləri cəzalandırmış olarıq”.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bunu etməmək üçün minimum pensiya artımına gedirilir: "Sosial sığorta alan şəxslərə ödədikləri sosial sığortaya əsasən pensiya versəydik, onlar 110 manatdan yuxarı pensiya almazdılar. Minimum pensiyanın artımı ilə onlar alacaqları məbləğdən 2-3 dəfə daha artıq pensiya alırlar. Vətəndaş bir gün belə işləməyib, heç vaxt sosial sığorta ödəməybsə, onlar pensiya sisteminə girə bilməz. Bu, düşünürəm, ədalətli yanaşmadır. Biz çox böyük sosial sığorta ilə bağlı amnistiyaya getmişik. Artıq əməkhaqlarının formallaşdığını nəzərə alsaq, insanlar öz sığortasını toplaya bilməlidir. Bu gün bizim pensiya sistemimiz çox humanistdir. Bu gün orta pensiya müddəti 14 il 6 ayın üzərindədir, 2,5 il əlavə pensiya alırlar. Bu gün biz sığortanın prinsiplərini birəbir tətbiq etsək, şərtləri qat-qat sərtləşdirməliyik".


Şərhlər
pensiya sistemində ayrıseçkilik.müxtəlif yamnaşma hummanistlikdən çooox uzaqdır.yNazir yalan məlumatlarla insanları yox,birbaşa Prezidenti aldadır.Axı necə olur 45-50 il sənayrdə,ağır işləyən vətəndaş artımlarla birlikdə 400-420 manat.amma ömrü boyu rüşəvt və artıqn maaşla işləyənləlr 1200-2000 manat pensiya alırşNiyə pensiya bu şəxsərə də aldıqları maaş və staj üzrə eyni cədvllə təyin olunmur?Elə buraan a yanlış orta pensiya məbləği ortaya çıxır.Bu məsələ ciddi yanaşılmalı,insanlara hummanist münasibət və eyni yanaşma olmalıdır.Yalanlarla uzaq gedilməz!t