İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan 50 daşınmaz əmlakı təkrar açıq hərraclara çıxaracaq.
Məlumata görə, hərraclar dekabrın 4-də, saat 11:00-da və 12:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, "Aqrarkredit"in hesabına beh ödəməlidir.
Hərraclar barədə ətraflı məlumatı buradan və buradan əldə etmək mümkündür.


Şərhlər