Menu

Qarabağ və Şərqi Zəngəzurda aqrar torpaqlar investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək

27.11.2024, 15:41
Qarabağ və Şərqi Zəngəzurda aqrar torpaqlar investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaq icarəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Şərhlər

Vahid 2024-11-27 16:09:18

İşğaldan azad edilmiş torpaqlar özelleşdirilmelidir.Torpağı heqiqi sahiblerine vermek lazımdır.İcare müsabiqeleri nece olur,o da hamıya melumdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol