Menu

ABŞ-də “qara cümə” günü ticarət mərkəzində atışma baş verib

30.11.2024, 10:02
ABŞ-də “qara cümə” günü ticarət mərkəzində atışma baş verib

ABŞ-nin cənubundakı Litl-Rok şəhərində (Arkanzas ştatı - Qeyd) “qara cümə” günü ticarət mərkəzində atışma baş verib.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən ABC News məlumat yayıb.

Hadisə yerli vaxtla 13:44 radələrində “Park Plaza” ticarət mərkəzində qeydə alınıb.

Qeyd olunub ki, polis hadisə yerində güllə yarası alan üç nəfər aşkarlayıb. İlkin məlumatlara görə, xəsarətlər alanların həyati təhlükəsi yoxdur.

Litl-Rok şəhərinin meri Frenk Skot hadisədən sonra iki nəfərin şəhər sakinlərinin rifahını riskə atdığına dair bir açıqlama verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol