Menu

Bakıda "Porsche" qəzaya düşüb, yanğın olub

30.11.2024, 17:24
Bakıda "Porsche" qəzaya düşüb, yanğın olub

Bakıda iki avtomobil toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda "Porsche" və “Fiat” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğın baş verib.

Hadisə nəticəsində "Fiat" markalı minik avtomobili yanıb. Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol