Menu

Müxaliflər Hələbi tutdu, Əsədin evinə daxil oldular - VİDEO

02.12.2024, 11:21
Müxaliflər Hələbi tutdu, Əsədin evinə daxil oldular - VİDEO

Suriyada Bəşər Əsəd rejiminə qarşı savaş açan “Heyət Təhrir əş-Şam” (HTŞ) qüvvələri ölkənin ikinci böyük şəhəri hesab olunan Hələbi ələ keçirib.

“AzPolitika” xəbər verir ki, müxalif qruplar Əsəd ailəsinin yaşadığı prezident sarayına daxil olub. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Müxalif qruplar saraya daxil olduqdan sonra bir-bir hər otağa baş çəkərək həmin anları kamera ilə lentə alıblar. Paylaşılan kadrlarda sarayın içindəki əşyaların ağ örtüklə örtüldüyü görülüb.

Qeyd edək ki, Hələbin mərkəzini ələ keçirən qruplar bütün İdlibə nəzarəti təmin edib. Əsəd rejimi verdiyi açıqlamada Hələbdən müvəqqəti olaraq çəkildiklərini bildirib.

Məlumata görə, Hələb uğrunda döyüşlərdə 350-yə yaxın şəxs həlak olub.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol