Menu

3 ölkə Gürcüstan DİN başçısına qarşı sanksiya tətbiq edir – Zorakılığa görə

02.12.2024, 12:12
3 ölkə Gürcüstan DİN başçısına qarşı sanksiya tətbiq edir – Zorakılığa görə

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri ölkədə dinc nümayişçilərə qarşı zorakılığa görə 3 Pribaltika ölkəsi tərəfindən sanksiyalara məruz qalacaq.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Latviya, Litva və Estoniya bu barədə qərar qəbul edib.

Məlumata görə, təkcə Qomelauri deyil, etirazların dağıdılmasına görə məsuliyyət daşıyanların hamısı sanksiyalara məruz qalıb. Onlara qarşı Latviya, Litva və Estoniya ərazisinə girişin qadağan edilməsi də daxil olmaqla, bir çox məhdudiyyətlər həyata kerçiriləcək. Bu sanksiyaların digər Avropa ölkələri tərəfindən də tətbiq olunacağı gözlənilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol