Menu

Cənubi Koreyada parlamentin və siyasi partiyaların fəaliyyəti müvəqqəti dayandırılıb

03.12.2024, 19:21
Cənubi Koreyada parlamentin və siyasi partiyaların fəaliyyəti müvəqqəti dayandırılıb

Сənubi Koreyada Hərbi Vəziyyətə Nəzarət üzrə Qərargah onun qüvvədə olacağı müddət ərzində ölkədə parlamentin və siyasi partiyaların fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə “Yonhap” agentliyinin məlumatında bildirilib.

Eyni zamanda, ölkənin parlamentinə giriş-çıxış dayandırılıb. Bildirilib ki, qanunverici orqanın əməkdaşları ilə birlikdə deputatların da binaya girişinə icazə verilmir.

Qeyd edək ki, hərbi vəziyyətin tətbiqi barədə qərar Prezident Yun Sok Yolun impiçmenti prosesinə başlanacağı barədə informasiya yayıldıqdan sonra verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol