"Pezeşkian benzinin qiymətinin artırılmasını parlamentin üstünə atmasın".
"AzPolitika" xəbər verir ki, buu İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi Prezident Məsud Pezeşkianın benzinin qiyməti ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Pezeşkian seçki kampaniyasında benzinin qiymətinin bahalçmayacağına söz vermişdi.
"İndi ölkəyə benzin idxalı üçün icazəni parlament hökumətə verib. Yaxşı olar ki, Pezeşkian vədinə əməl etsin və benzinin qiymətində dəyişiklik etmək istəyirsə özü qərar versin və bunu parlamentin üstünə atmasın",-deyə Rəsayi bildirib.
"AzPolitika.info"


Şərhlər