Rusiya Prezidenti Vladimir Putinin qohumu (əmisi qızı olduğu deyilir-red.), müdafiə nazirinin müavini Anna Tsivileva Dövlət Dumasında bilmədən hərbi sirri İfşa edib.
“AzPolitika” Rusiya “Telegram” kanallarına istinadla xəbər verir ki, o, itkin düşən rus əsgərlərinin təxmini sayını açıqlayıb. Bildirib ki, Rusiya hakimiyyəti itkin düşən rus əsgərlərinin axtarışına görə DNT testlərinin aparılması üçün 48 min müraciət alıb.
Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Kartapolov ondan “bu rəqəmlərin başqa yerdə açıqlanmamasını” və bu məlumatların sənədlərdən çıxarılmasını xahiş edib.
“AzPolitika.info”

Şərhlər
Statistik Rəqəmi necə və nəyə görə gizləmək? İtkin düşmüş 48 min əsgər Yeni İcad silah, öyünəcək Hərbi sirli taktika, Fasilə Strateğiyası deyil ki, hərbi, ya dövlət sirri olsun? Ümumi saydan Sağ qalan sırada, Həlak olanların və yaralananların sayı da var, deməli, qalan 48 min nəfər itkindir! Onu gizlətmək saxtakarlıq şübhəsindən öncə Günah və bəlkə də, hərbi cinayətləri gizləmək cəhdidir? Anna xanımın insani vicdan borcunu icra edib.