Menu

"Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir" - Simonyan

04.12.2024, 17:20
"Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir" - Simonyan

Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir.

APA-nın “1lurer.am”a istinadən məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır. Sadəcə fasilə Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı idi. Biz bu məsələyə pozitiv yanaşırıq. Müzakirələrdə müsbət dinamika müşahidə olunur”, - Simonyan fikirlərini tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol