Menu

Bayden iclas vaxtı yuxuladı – VİDEO

05.12.2024, 11:11
Bayden iclas vaxtı yuxuladı – VİDEO

ABŞ Prezidenti Co Bayden Afrika liderləri ilə görüş zamanı gözlərini bir dəqiqədən çox yumaraq yuxuya gedib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, 82 yaşlı Bayden Anqola, Zambiya və Konqo Demokratik Respublikasından olan həmkarlarının iştirak etdiyi Anqola sammitində yorğun görünüb və boğuq səslə danışıb.

Tanzaniyanın vitse-prezidenti Filip Mpanqonun çıxışı zamanı Bayden gözlərini yumub və əli ilə üzünü örtərək yuxuya getmiş kimi görünüb. Sona yaxın ABŞ Prezidenti oyanıb.

Hadisə Baydenin Anqolaya üç günlük səfərinin son günündə baş verib. Həmin gün o, bir neçə Afrika liderilə birgə liman terminalına, qida emalı zavoduna səfər edib və görünür, bərk yorulub...

“AzPolitika.info” 


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol