Tmerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilən Donald Trampın vəzifəyə başlayacağı tarix bütün dünya tərəfindən maraqla gözlənilir.
"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Konqres nəticələri rəsmən təsdiqləmək üçün 6 yanvar 2025-ci ildə bir araya gələcək.
Konqres nəticələri rəsmən təsdiqlədikdən təxminən 2 həftə sonra isə ABŞ-nin yeni prezidenti və vitse-prezidenti Konqresdə and içəcək və rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.
Tramp 20 yanvar tarixində and içəcək və Ağ Evdəki vəzifəsinə başlayacaq.
"AzPolitika.info"


Şərhlər