Menu

ABŞ-də 7 maqnitudada zəlzələ olub

05.12.2024, 23:37
ABŞ-də 7 maqnitudada zəlzələ olub

ABŞ-də 7 maqnitudada zəlzələ olub. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii hadisə Kaliforniya ştatında qeydə alınıb.

Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol