Menu

Rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ

06.12.2024, 16:35
Rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bəzi rayonlarda dekabrın 7-si axşam və 8-i güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu da sarı xəbərdarlığa uyğundur.

Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol