Menu

ABŞ-nin Qafqaz üzrə baş müşaviri Azərbaycanda səfərdədir

06.12.2024, 17:06
ABŞ-nin Qafqaz üzrə baş müşaviri Azərbaycanda səfərdədir

ABŞ Dövlət Katibinin köməkçisinin müavini Coşua Hak və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono həmkarları ilə yüksək səviyyəli görüşlər keçirmək, səfir Libby və onun komanda üzvləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün Bakıya səfər ediblər.

APA xəbər verir ki, bu barədə ABŞ Səfirliyinin "X" hesabında paylaşım edilib.

"Azərbaycan rəsmiləri ilə apardıqları müzakirələrdə Dövlət Katibinin köməkçisinin müavini Hak və baş məsləhətçi Bono Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhə nail olmaq üçün növbəti addımları, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, və COP29-un uğurundan sonra iqlim məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər", - paylaşımda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol