Menu

MİT PKK-nın daha bir məsul şəxsini saxlayıb - FOTO

06.12.2024, 17:14
MİT PKK-nın daha bir məsul şəxsini saxlayıb - FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatı PKK terror təşkilatının Suriyadakı strukturunun sözdə məsul şəxslərindən olan “Yılmaz” kod adlı Serhat Özmeni saxlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Terror təşkilatının Suriyadakı məsul şəxslərindən sayılan Serhat Özmen ölkə xaricində saxlanılaraq Türkiyəyə gətirilib.

Qeyd edək ki, 2014-cü ildə terror təşkilatına qoşulan Özmenin bölgədə bir çox silahlı fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib.

Bildirilib ki, Özmenin Suriyadan sonra 2023-cü ilin əvvəlindən İraqda təşkilati strukturda fəaliyyət göstərib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol