Menu

FHN Tovuzdakı partlayışla bağlı məlumat yayıb

07.12.2024, 18:15
FHN Tovuzdakı partlayışla bağlı məlumat yayıb

Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in Mətbuat Xidmətindən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol