Menu

Suriyada PKK/YPG-nin də məhvinə başlandı - Terrorçuların işğalındakı ərazilər geri alınır

08.12.2024, 13:06
Suriyada PKK/YPG-nin də məhvinə başlandı - Terrorçuların işğalındakı ərazilər geri alınır

Baas rejiminin və Əsəd ailəsinin hakimiyyətinin çökdüyü Suriyada rejim əleyhdarı silahlı qruplaşmalar ölkənin  şərqində yer qazanmağa çalışan terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Deyr əz-Zorun mərkəzinə daxil olur.

"AzPolitika" Türkiyə mediasına istinadən xəbər verir ki, dekabrın 6-da süqut edən rejim ordusu ölkənin şərqində, İraq sərhədində yerləşən Deyr əz-Zor vilayətində yerləşdirilmiş qüvvələrinin bir hissəsini geri çəkərək şəhər mərkəzini terror təşkilatı PKK/YPG-nin işğalına buraxıb. .

Qeyd edək ki, dekabrın 1-də Suriya Milli Ordusunun Hələbdə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəq” əməliyyatı zamanı Tel Rifat vilayətinin mərkəzi də terrorçukardan azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol