Menu

Trampın xüsusi nümayəndəsi HƏMAS-ı girovları azad etməyə çağırıb

09.12.2024, 15:40
Trampın xüsusi nümayəndəsi HƏMAS-ı girovları azad etməyə çağırıb

ABŞ-nin yeni seçilmiş prezidentinin Yaxın Şərq üzrə elçisi Stiv Vitkoff HƏMAS-ı İsrail girovlarını Donald Trampın andiçmə mərasiminədək azad etməməsinin nəticələri barədə xəbərdar edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, S.Vitkoff, həmçinin Trampın yanvarın 20-də vəzifəyə başlamasından əvvəl HƏMAS və İsrail arasında atəşkəsə nail olunacağına ümid etdiyini bildirib.

"Prezidentin nə dediyini eşitdiniz: girovları azad etsələr yaxşı olar. Əgər azad etməsələr, onlar üçün yaxşı gün olmayacaq", - o vurğulayıb.

Agentlik qeyd edib ki, D.Tramp ötən həftə HƏMAS girovları andiçmə mərasiminədək azad etməyi tələb edib, əks təqdirdə onların "cəhənnəm əzabı" ilə üzləşəcəyini bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol