Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə namizədliyi irəli sürülən şəxslərin sayı açıqlanıb.
Belə ki, indiyə qədər 118 seçki dairəsindən 77 dairə üzrə 337 bələdiyyəyə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı 1531 nəfərə çatıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov açıqlayıb.
O bildirib ki, bu rəqəmin artacağı istisna edilmir.


Şərhlər