Menu

Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra qurumları görüş keçirib

10.12.2024, 16:00
Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra qurumları görüş keçirib

Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra qurumlarının nümayəndələri arasında görüş baş tutub.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan bildirib.

Görüş zamanı Ahurik-Akyaka dəmir yolu üzərindəki sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasına imkan verəcək texniki ehtiyaclar qiymətləndirilib. Görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol