Menu

Əsədi Moskvada nə gözləyir? – Keçmiş Ukrayna lideri ilə qonşu ola bilər

10.12.2024, 16:29
Əsədi Moskvada nə gözləyir? – Keçmiş Ukrayna lideri ilə qonşu ola bilər

Məlum olduğu kimi, müxalif qrupların başlatdığı hərbi əməliyyatlar Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnib. Keçmiş Suriya Prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskva şəhərinə qaçıb.

“AzPolitika” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin şəxsi razılığı əsasında sığınacaq verilən Əsədin gələcək taleyi bir çoxları tərəfindən maraqla izlənilir.

Rusiya mətbuatının yazdığına görə, həyat yoldaşı Esma və uşaqları Hafiz, Zein və Kərim ilə Moskvaya qaçan Əsəd burada “City of Capitals” kompleksində hazırkı dəyəri təxminən 60 milyon dollar olan 18 lüks mənzilə sahibdir. Əsədin Ukraynadan qaçan keçmiş prezident Viktor Yanukoviçlə eyni küçədə qonşu ola biləcəyinə dair iddialar belə var.

Böyük Britaniyanın “The Telegraph” nəşri isə yazır ki, bundan sonra Bəşər Əsədi Moskvada dəbdəbəli bir həyat gözləyir. Başqa bir xəbərdə deyilir ki, Suriyadan qaçan Əsəd Moskvaya 135 milyard dollarla gəlib..

Sözsüz ki, Bəşər Əsəd Moskvada sürgündə dəbdəbəli həyat sürərkən, Suriya xalqının yaşadığı dağıntılar və ağrılar sadəcə tarixin qaranlıq bir səhifəsi kimi yadda qalacaq.

“AzPolitika.info”

Şərhlər

Cəmşid Dərələyəzli 2024-12-10 16:48:43

Son 13 ildə Suriyədə baş verənlər, qan donduran tablolardır. 61 illik Hafiz və Bəşər hakimiyyətinin qalan gizlinlərini də demirik hələ. Adam da hakimiyyət üçün mənsub olduğu milləti bu qədər alçaldarmı, zülm edərmi. Türkiyenin ATV kanalından Suriyədə Şamın ölüm həbsxansının da görüntülərini izlədim. Orada ölümə məhkum edilmişlərin əksəriyyəti, Əsədin zülmünə etiraz edənlərdir. Bəs bunu allah götürərdimi, bəli götürmədi. Nə qədər nadan olmalısan ki, hakimiyyət üçün öz xalqına bu qədər zülm edəsən. Nə qədər nadan olmalısan ki, səndən xalqın bir gün bunu səndən soracağını ağlına gətirməyəsən. Nə qədər nadan olmalısan ki, səndən öncə sənin bu gün yaşadıqlarını yaşayan və gözləri çıxarılan kardeşlərindən də (Rza şahdan, Səddamdan, Kaddafiden) dərs almayasan. Yoxsa sanırsınız ki, ölkədən qaçmaqla geridə buraxdığınız onca qan, zülm, göz yaşları sizi buraxacaq. Asla. Sənə qucaq açanlar, səni bu gün kimsəsiz qoyanlardır. Onlar səni səndəkiləri aldıqdan sonra yenə taleyin umudun buraxacaqlar. Yəni bu gün xalqdan çaldığın yüz-yüz milyarlarla sərvətlər də səni və ailəni xilas etməyə yetməyəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol