Menu

Ukrayna hava limanlarını bağladı

13.12.2014, 09:07
Ukrayna hava limanlarını bağladı

Ukrayna Dövlət Aviasiya Xidməti şənbə günü, gecə yarısından Xarkov, Dnepropetrovsk və Zaporojyedə aeroportlarında təyyarələrin enməsini qadağan edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Xidmətin rəisi Denis Antonyuk bəyan edib.

Onun sözlərinə görə, qadağa təhlükəsizlik baxımından qoyulub. D.Antonyuk həmçinin qeyd edib ki, qadağanın müddəti müəyyən edilməyib, uçuşların nə vaxt bərpa ediləcəyi məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol