Menu

Ukrayna cəbhəsində döyüşən soydaşımız təltif olunub - FOTOLAR

14.12.2024, 20:17
Ukrayna cəbhəsində döyüşən soydaşımız təltif olunub - FOTOLAR

Rusiya-Ukrayna müharibəsində iştirak edən daha bir soydaşımız Aliyev Samir Eldar oğlu Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə təltif olunub.

"AzPolitika" xəbər verir ki, Samir Aliyev “Müharibə döyüşçüləri Qardaşlıq cəmiyyət” -i tərəfindən “Ukraynanın müdafiəsi” medalıyla təltif olunub.

Ukraynada Rusiya işğalı başlayan gündən könüllü olaraq ordu sıralarına qoşulan Samir Luqanskdan-Hostomelə qədər rəşadətli döyüş yolu keçmişdir. Samir döyüşlərin birində yaralanıb, hal-hazırda 2-ci qrup əlildir.

Göstərdiyi xidmətlər müqabilində USQ-i tərəfindən dəfələrlə təltif olunmuşdur.

"AzPolitika.info"








Şərhlər

tt 2024-12-14 20:38:09

ell helal

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol