Menu

Ukrayna ordusu bir istiqamətdə mövqelərini bərpa edib

16.12.2024, 09:22
Ukrayna ordusu bir istiqamətdə mövqelərini bərpa edib

Ukrayna Müdafiə qüvvələri Xarkovun Kupyansk şəhəri yaxınlığında yerləşən Kolesnikovka qəsəbəsindəki mövqelərini bərpa edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə yaxın “DeepState” portalı məlumat verib.

Xəbərdə qeüyd olunur ki, eyni zamanda, rus işğalçı qüvvələri Donetsk vilayətinin bir neçə bölgəsində irəliləyiblər: “Düşmən Zelenovka, Storojevoy, Daçenski, Çasov Yar və Novı Komar yaxınlığında irəliləyib”.

Qeyd olunur ki, Velikaya Novoselkaya gedən yolda yerləşən Novı Komar kəndi artıq dekabrın əvvəlində ruslar tərəfindən tutulsa da, tezliklə Ukrayna ordusu tərəfindən azad edilmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol