Menu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni təyinat olub

16.12.2024, 10:34
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni təyinat olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Bu vəzifə Vəli Məmmədova həvalə edilib.

O, bundan əvvəl “PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib, 2011-2016-cı illərdə isə "Azercell Telecom" MMC-də çalışıb.

V.Məmmədov kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ sosial məsuliyyət, dayanıqlı inkişaf, multimedia məhsullarının hazırlanması, tədbir təşkilatçılığı sahəsində təcrübəyə malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol