İKİ MƏQALƏYƏ BİR CAVAB – “Rafael Hüseynov, kişi ədavət saxlayar, lakin 30 ildən sonra...”

Aslan KƏNAN

Hörmətli Rafael müəllim (Rafael Hüseynov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini. - red.), sizin “525-ci qəzetdə” Xalq artisti Habil Əliyevə həsr olunan məqalənizi (“Erməni qoşununu təkbaşına məğlub edən”, “Kamança Habil”) oxudum. Yazıdan aydın olur ki, məqsədiniz ustad sənətkarı üzünüzə tutub köhnə boxçanı töküb-töküşdürməkdir. Məlum olur ki, töküb-töküşdürdüyünüz boxçanın içindən illər uzunu daxilinizdə tuğyan edən köhnə ədavəti xırdalamaq olub. Həmin ədavətinizin ünvanı isə görkəmli musiqişünas, ömrünün 30-40 ilini musiqi tədqiqatına həsr etmiş Əməkdar incəsənət xadimi Firidun Şuşinskidir.

Sözüm yoxdur, kişi ədavət saxlayar, lakin nə az, nə çox, 30 ildən sonra dünyasını dəyişmiş bir musiqi tədqiqatçısı ilə münasibətinizi qabartmağı, özü də bir tərəfli şəkildə, sizin kimi alim və ictimai xadimə yaraşdırmıram.

Mənə elə gəlir ki, F.Şuşinskinin 1983-cü ildə dərc etdirdiyi “Hazır kökə “xəstəsi”" məqaləsində sizi uzun-uzadı tənqid etdiyinə görə onun ruhundan əl çəkə bilmirsiniz. Bu nifrətiniz musiqidən xəbərsiz, yalnız ailə ansamblında çalmağa layiq olanlara da sirayət edib. Məqalənizdə qeyd edirsiniz ki, “bir axşam unudulmaz müğənnimiz Əlibaba Məmmədov mənə zəng vurdu ki, xoşagəlməz bir hadisə baş verib, bir kitab çıxır, o yayılsa, milli musiqimizə ağır həqarət olacaq, söyülməyən, təhqir edilməyən bircə də olsa tanınmış sənətkarımız qalmayıb, köməyinə ehtiyacımız var...” 

“Musiqişünasın düşüncələri” kitabında söyüş, təhqir ifadələri kimi qiymətləndirilənlərə Əməkdar elm xadimi, akademik, Xalq yazıçısı Kamal Abdullanın cavabı daha maraqlıdır: “Mən bu kitabda təhqiredici sözə rast gəlmədim. Təhqir sözünün semantikasından çıxış etsək, ilk növbədə, onu deməliyik ki, təhqir senzuradan kənarda olan ifadəyə deyilir. Təhqir söyüş deməkdir. Bu kitabda isə ədəbi dil senzurasından kənarda olan heç bir ifadəyə rast gəlmədim. Əgər hər hansı bir müğənni və ya ifaçının sənəti qəribə bənzəmələr assosiasiyası yaradırsa, bu, sadəcə olaraq müəllifin bədii zövqünün səviyyəsini göstərir.

...Azərbaycanın musiqi tarixində adlarını eşidib, haqqında bilmədiyimiz adamlar, onların sənəti, ifa tərzi barədə bu kitabda sistemli şəkildə verilmiş məlumat olduqca gərəklidir. Kitabın ikinci əhəmiyyəti ondan ibarətdir ki, o bizim indiyə qədər alışdığımız trafaretləri sökür və bizi bir çox halda çılpaq həqiqətlərlə üzbəüz qoyur. Müğənnilər haqqında deyilən sözlər peşəkar olmayan musiqisevərlər üçün çox böyük və gözlənilməz kəşflərdir. Biz təəssüf ki, hətta günümüzün bu çağında da subyektiv qiymətlərə o qədər də alışmamışıq. Bizə elə gəlir ki, kiməsə qiymət veririksə, onun bir az yaxşı, bir az pis tərəflərini qeyd etməklə kifayətlənə bilərik. Amma unuduruq ki, əsl həyatda belə olmur. Həyat müxtəlif rənglərin, müxtəlif səciyyələrin qaynayıb-qarışmasından yaranan rəngli televizor kimidir. Subyektiv fikrə hörmət lazımdır”

Belə görünür ki, sizdən kömək istənildikdən sonra 40 il bundan əvvəl haqqınızda yazılan tənqidi məqalə müəllifinə qarşı qəlbinizdə nifrət hissi yenidən alovlanıb və əlinizə girəvə düşdüyünü anlayıb, böyük sənətkarlarımızı sakitləşdirmək əvəzinə onlara bu yolda başçılıq etməyi qərara alıbsınız. Yazınıza davam edərək göstərirsiniz ki, “Habil Əliyev, Canəli Əkbərov, Rəhilə Həsənova, Niyaməddin Musayev, Novruz Feyzullayev, Ramiz Quliyev və digərləri Nizami muzeyindəki otağımda toplaşdılar. Artıq siqnal nüsxələri buraxılmış kitabdan birini də tapıb gətirmişdilər. Vərəqlədim, doğrudan da, dəhşət idi. Bu müəllif - uzun illər heç bir musiqi savadı olmadığı halda "Şuşinski" təxəllüsü ilə özünü musiqişünas kimi qələmə vermiş, işi-peşəsi Azərbaycan muğam ifaçılığının ermənilərin üzərində qurulduğunu şüurlara yeritməkdən ibarət olmuş, bütün yazdıqları ortadaykən həqiqi simasından hətta bu gün də çoxlarının dürüstlüyü ilə anlamadığı Firidun Həsənov "Musiqişünasın düşüncələri" adlı irihəcmli kitabını "Gənclik" nəşriyyatı xətti ilə nəşr etdirməyi bacarmışdı...”

Rafael müəllim, F.Şuşinski “Musiqişünasın düşüncələri” kitabında bir erməninin belə adını çəkmədiyi halda onu ermənipərəstlikdə suçlandırırsınız.

Qeyd edək ki, F.Şuşinski yeganə musiqi tədqiqatçılardandır ki, onun amalı yalan tərif yox, doğru tənqid idi. Tənqid etdiyi şəxsin kimliyindən asılı olmayaraq, ona qarşı qələmini itiləyərdi. Onun üçün pisi-pis, yaxşını-yaxşı demək müqəddəs iş idi. Buna görə də böyük sənətkarlardan tutmuş sadə muğamsevərlər onu sevirdi. Uzun müddət Azərbaycan Televiziyasında “İfaçılıq sənəti”, radioda “Muğam konserti” rubrikası ilə verilişlərin müəllifi və aparıcısı olmuşdu. Tamaşaçı və dinləyicilər muğamlarımızın tarixi və onun ifaçıları haqqında maraqlı məlumatları dinləməkdən həzz alırdılar. Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun aşağıdakı fikirləri ilə razılaşmamaq olmur. O yazır: “Firidun Şuşinski, heç şübhəsiz, XX əsrin ikinci yarısı Azərbaycan ziyalılığının klassik nümayəndələrindən biridir. Onun yaradıcılığı, ümumən dünyagörüşü, hər şeydən əvvəl milli təəssübkeşlik hadisəsi olmaqla, öz mənbəyini bilavasitə mənsub olduğu xalqın ideallarından alır. İstər “Şuşa”, “Azərbaycan xalq musiqiçiləri”, “Musiqişünasın düşüncələri” və s. kitabları, istər ardıcıl olaraq radio və televiziyada apardığı “Muğam axşamı”, “İfaçılıq sənəti” verilişləri, istərsə də uzun illər ərzində Azərbaycan xalq musiqisi tarixinə aid topladığı (və bütöv bir muzey təşkil edəcək qədər zəngin) eksponatlar Firidun bəyin yaradıcılığı barədə yetərincə mükəmməl təsəvvür yaratmaqdadır. Və bu da təsadüfi deyil ki, ölkənin Fikrət Əmirov, Niyazi, Ziya Bünyadov, Əkrəm Cəfər, Aslan Aslanov, Tahir Salahov, Tofiq Quliyev, Xəlil Rza Ulutürk... kimi vətənpərvər ziyalıları vaxtında onun həm yaradıcılığını, həm də şəxsiyyətini yüksək qiymətləndirmişlər”.

Qeyd etmək lazımdır ki, SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Heydər Əliyev mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov sənətşünas-alim Firidun Şuşinskinin əsərlərinə yüksək qiymət vermiş və onun silsilə portlərini yaratmışdı. Siz yazınızda qeyd olunur ki, Habilin “ad-sanı artıq 1960-1970-ci illərdən respublikanın sərhədlərini aşmışdı”, canlı klassik hesab edildiyi bir zamanda F.Şuşinski tərəfindən onun yaradıcılığı bir dəfə də olsun işıqlandırılmayıb.

Sizə xatırlatmaq istərdim ki, F.Şuşinski 1964-cü il fevralın 27-də Habil Əliyevi müəllifi və aparıcısı olduğu “Gözəl çalğıçı” konsert-oçerkə dəvət etmiş, 1964-cü il aprel ayının 17-də isə ona həsr etdiyi “Habil segahı” məqaləsini “Azərbaycan gəncləri” qəzetində dərc etdirmişdir. Məqalə tanınmış musiqişünasın qələminin məhsulu olduğundan H.Əliyev tez bir zamanda şöhrət tapmışdı. Həmin ilin iyun ayında H.Əliyevə “Əməkdar artist” fəxri adı verilir. Onu tez-tez xarici səfərlərə dəvət edirlər. Dövlət tədbirlərində iştirakı üçün şərait yaradılır. Bir sözlə, Habil Əliyev üçün hər yerdə “yaşıl işıq” bərq vururdu. F.Şuşinski kamançaçalan Habil Əliyevin yaradıcılığına yüksək qiymət verəndən sonra 1979-cu ildə “Çalğı musiqimiz” adlı məqalə dərc etdirir. Məqalə müəllifi Habil Əliyevin son vaxtlar üzərində işləmədiyini qeyd edərək yazır: “... Öz şirin və yaradıcılıq fantaziyası ilə xüsusi bir məharətlə çaldığı “Segah”ı (“Habil Segahı”nı) belə, yadırğamışdır. Artıq Habilin çaldığı “Segah” 5-10 il bundan əvvəl çaldığı “Segah”a bənzəmir. Bunu yəqin Habil özü hiss edir. Habil geniş diapozonlu sənətkardır. O bütün muğamları sərbəst və asanlıqla çala bilir. Ondan yeni-yeni sənət nümunələri tələb etməyə haqqımız var. Qüdrətli sənətkarın öz məktəbi olmalıdır”.

Firudin Şuşinskinin yaradıcılığına, onun tənqidi çıxışlarına qarşı nəinki siz, musiqidən piyada insanlar belə bu üsula əl atırlar. Onu əsərlərində erməniləri “təbliğ” etməkdə günahlandırırlar. Bu azmış kimi şəxsiyyətinə toxunan “ibarə”lər işlətməkdən xəcalət çəkmirlər. Halbuki, Firidun bəyin muğam tariximizə verdiyi töhfələri heç bir sənətşünas verə bilməyib. Sual olunur: erməniləri yuxarı başa çəkən kimlər olub?

Xatırladım ki, ermənilər mənafeləri naminə məqamı gəldikdə bizim sadəlövlüyümüzdən ustalıqla istifadə etmiş və hal-hazırda da etməkdədirlər. Bununla da nəinki mədəniyyətimizə, incəsənətimizə, hətta adət-ənənələrmizə də hakim kəsildilər. Bu şərəfsizlər, xainlər nəinki XIX əsrin əvvəllərində, hətta keçən əsrin sonlarına qədər toylarımızı, şənliklərimizi, hökumət konsertlərimizi musiqiçilərimizlə birgə aparmaqla varlandılar. Onlar nəinki toylarımızda, hətta televiziya ekranlarında, dövlət tədbirlərində də xalqın sevimli sənətkarları ilə birgə “tüğyan” edirdilər. Bizim korifey sənətkarlarımızla şəkil çəkdirməkdən qürur duyurdular. Ermənilərə yaxşı məlum idi ki, bu çəkilən şəkillər, kinolentlərdə olan görüntülər tarixdir. Onlar gələcəkdə həmin görüntülərdən ustalıqla istifadə edəcəklərinə əmin idilər.

Unutmayaq ki, respublikamızın televiziya ekranlarında hər hansı bir klassik sənətkardan söhbət açılırsa, onun ifası verilirsə, orada kamança, balaban çalan, ya da dəf vuran erməni olur. Elə bir musiqi üçlüyü yoxdur ki, orada tarzən, ya kamançaçı, dəf vuran erməni və yaxud gürcü olmasın. Elə bir orkestr yoxdur ki, orada erməni millətindən olmasın. Bu faktlara o dövrdə fəaliyyətdə olmuş ansambl və orkestrlər haqqında yazan və çıxış edən müəlliflərin məqalələrində rast gəlinir. Məqalə müəllifləri onların azərbaycanlı sənətkarlarla birgə çəkilmiş şəkillərini də nümayiş etdirirlər. Heç kəsə gizli deyil ki, bu cür hallar son illərə qədər davam edib. Deyildiyinə görə, Azərbaycanda 50 mindən çox erməni yaşayır. Məgər bu da Firidun bəyin günahıdır? Keçən əsrin sonlarına qədər Azərbaycanın ən gəlirli yerlərinə ermənilər başçılıq ediblər. Məgər bu da Firidun bəyin günahıdır? Nazirlərimizin, idarə rəhbərlərimizin bir çoxlarının həyat yoldaşları, katibələri, oynaşları bu millətin nümayəndələri olub, onların əlləri ilə ermənilər bütün işlərini asanlıqla həyata keçiriblər. Bu da Firidun bəyin günahıdır? Xanəndələrimizi, tarzənlərimizi çox zaman erməni kamança çalanları, dəf, bəzən nağara vuranları müşayiət edib. Bu da Firidun bəyin günahıdır? Toylara, məclislərə, dövlət tədbirlərinə azərbaycanlı sənətkarı siyahıdan silib, yerinə erməninin adını yazanda fikirləşdilərmi ki, hansı bir günahın sahibidirlər? Bəlkə bu da Firidun bəyin günahıdır? Vaxtilə ermənilərlə qucaqlaşıb şəkil çəkdirən sənətkarlar, keçmiş günlərini bir daha vərəqləsin! Kimin haqlı, kimin haqsız olduğunu özləri müəyyənləşdirsinlər. F.Şuşinskinin kölgəsini qılınclayanlar vaxtilə etdikləri hərəkətlərinə diqqət etsinlər, toydan sonra pulu kiminlə bölüşdürüblərsə, o günləri xatırlasınlar. Ermənipərəst onlardır, yoxsa Firidun Şuşinski? Unutmayaq ki, erməniləri siz də unutmamısınız…

Şuşinskinin 1962-ci ildə yazdığı “Şuşa” kitabı 1968-ci ildə rus dilinə tərcümə ediləndən sonra kitabın bir nüsxəsi SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü və SSRİ Ali Sovetinin deputatı olan daşnak A.İ.Mikoyana verilir. Daşnak əsəri oxuyandan sonra Moskvada vəzifədə oturan bir qrup erməni ilə birgə “Şuşa” əsərinə görə respublikanın rəhbərliyindən F.Şuşinskinin cəzalandırılması üçün ciddi tədbir görülməsini tələb edir. Səbəb isə Azərbaycan xalqının qatı düşmənləri, daşnak partiyasının köpəklərindən olan general Andronik, Dro, Njde, Tevan və başqalarına qarşı F.Şuşinskinin sərt və barışmaz mövqeyi idi. Bununla da kitab böyük hay-küyə səbəb olur. Bu əsərə görə F.Şuşinski uzun müddət təqiblərə, tənqidlərə, iftiralara məruz qalanda onların qarşısını Ümumilli Lider Heydər Əliyev aldı.“Qətiyyətin təntənəsi” əsərində Ulu Öndərin 1968-ci ildə nəşr olunmuş “Şuşa” kitabı haqqında fikri daha maraqlıdır: “...Hesab edirəm ki, respublikaya rəhbərlik elədiyim müddətdə də Qarabağın inkişafı üçün az iş görməmişəm. Xüsusilə, Şuşaya çox fikir verirdim. 70-ci illərin əvvəllərində biz Şuşanın daha da inkişaf etdirilməsi haqqında xüsusi qərar qəbul elədik. Xatirimdədir, mən hələ MK-nın birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Səhv eləmirəmsə, müəllifi Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar. Xüsusən, ermənilər. Təəssüflər ki, Bakıda olan ziyalılar da bu kitabın qəti əleyhinə çıxmışdılar. Mənə həmin kitabı çatdırdılar. Oxudum, gördüm ki, kitab yaxşı kitabdı. Düzdür, müəlliflə tanış deyildim, ancaq kitab yaxşı yazılmışdı... Nə isə, mən o zaman ermənilərin hücumunun qabağını aldım. Beləliklə də, həmin kitabın taleyi müsbət həll edildi və Azərbaycanda bu kitaba qarşı olan qeyri-sağlam əhvali-ruhiyyə tamamilə dağıldı”.

Beləliklə, Heydər Əliyevin göstərişi ilə bu qeyrətli tədqiqatçı-alimin təqib olunmasına son qoyuldu. Sonralar Firidun bəy etiraf edirdi ki, Heydər Əliyev olmasaydı bu qarğa-quzğunlar, az qala onun dərisini soyacaqdılar.

Ermənipərəst kimi F.Şuşinskini suçlandıranlar, nə səbəbdən “Şuşa” əsəri haqqında yazmır və Ulu Öndərin bu qayğıkeşliyindən söhbət açmırsınız?!

2014-cü il aprelin ayının 28-də Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında Azərbaycanın Xalq artisti, gözəl tarzən Sərvər İbrahimov haqqında veriliş nümayiş olunurdu. Verilişdə tarzən Sərvər İbrahimovla lentə alınan üçlüyün əksəriyyəti naxələf qonşuların nümayəndələrindən idi. Ümumiyyətlə, tarzənlərimizin əksər kamançaçalanı, dəfvuranı yuxarıda qeyd etdiyim kimi, həmin naxələflər olublar. O dövrdə çəkilmiş şəkillərə nəzər saldıqda mütləq bu qeyrətini itirmiş nəslin nümayəndələrinə rast gəlmək olur. Niyə televiziya ekranında bu görüntülərin, şəkillərin kökünü kəsmirlər. Çünki həmin sənədləri məhv etməli olsalar, Azərbaycan xalqının dahi sənətkarları haqqında gələcək nəsil məlumatsız qalacaq.

Məgər buna da F.Şuşinski günahkardır? O zaman həmin görüntünü nümayiş etdirənə niyə etiraz bildirilmirdi? İstedadlı kamança ustası, Azərbaycanın Xalq artisti Şəfiqə xanım Eyvazova televiziya ekranında görünəndə F.Şuşinskinin sevincdən gözləri yaşarmışdı. “İndi inanıram ki, ulularımızın qoyub-getdiyi bu qiymətli mirasımızı xalqımız yaşadacaq”, – o demişdi.

Biz məqalə müəllifinə kifayət qədər erməniləri təbliğ etmiş, onların “muğamları” haqqında mətbuatda xoş söz yazan titullu “incəsənət xadimlərimiz” haqqında misallar göstərə bilərik. Həmin məqalələr respublika mətbuatında dərc edilmişdi. Bu ermənipərəst yazıya reaksiya verən yalnız F.Şuşinski olmuşdu. O zaman niyə həmin yazının müəlliflərini Firidun bəyi topa tutduğunuz kimi topa tutmadınız, cənab R.Hüseynov? Susdunuz, etirazınızı bildirmədiniz, ona görə ki, o müəlliflər tanınmış şəxslər, siz isə arxa çantanızı çiyninə aşırmış adi elmi işçi idiniz. Məgər buna da Firidun Şuşinski günahkardır? Cənab Rafael müəllim, niyə siz və sizin rəhbərlik etdiyiniz dəstə Firidun bəyi sağlam, gümrah vaxtında deyil, yalnız qoca, xəstə, əli qələm tutmayan bir zamanda məhkəməyə verdiniz? Maraqlıdır ki, siz başda olmaqla dəstənizin məhkəmə sənədlərində göstərilən şikayətlər nədənsə eyni xətlə yazılıb. Lazım olsa məhkəmə sənədlərini vərəqləyə bilərik. Bir də xatirinizdə qalsın ki, Firidun bəy yeganə tədqiqatçıdır ki, öz şəxsi hesabına ölkənin şəhərlərini gəzib, arxivlərini, kitabxanalarını araşdıran, xalqının şəxsi evlərdə saxlanılan qiymətli miraslarını alıb. Belə tədqiqatçını həyat yüz ildən bir yetirir, o da əgər yetirərsə. Hal-hazırda böyük musiqişünasın yeri boş qalıb. Bu boşluğu doldurmaq üçün bizə bəlkə qərinələr, əsrlər lazım olacaq.

Deyildiyinə görə, qazaх şairi, yazıçısı və ictimai хadimi Oljas Süleymenov böyük qalmaqala səbəb olmuş “Az i ya” əsərini nəşr etdirdikdən sonra həmin kitabın müzakirəsində rus alimləri hər tərəfdən ona hücum edərək yazıçının fikirləri ilə razılaşmadıqlarını bildirir və həmin əsəri kəskin tənqid atəşinə tuturlar. O.Süleymenov diqqətlə onlara qulaq asır və sonda deyir: “Mən bu kitabda gedən yazıları hissə-hissə çap etdirəndə niyə susurdunuz, niyə öz etirazınızı o zaman bildirmirdiniz?”

Deyildiyinə görə, o vaхt Qazaхıstan KP MK-nın birinci katibi olmuş D.Kunayev böyük şairi təqiblərdən və həbsdən qoruyur. Nəticədə kitab məhv edilmir.

Firidun Şuşinskinin “Musiqişünasın düşüncələri” kitabında gedən yazılar vaxtilə ayrı-ayrı mətbu orqanlarda dərc olunmuşdur, O zaman siz və başınıza topladığınız sənətkarlar niyə etirazlarını bildirmədilər? Çünki o zaman Firidun bəyin sağlam, gümrah və qələminin iti vaxtı idi. Məhkəmədə “Musiqişünasın düşüncələri” kitabını nəşr etmiş nəşriyyat rəhbərliyi tərəfindən həmin iddialara tutarlı cavab verilməmişdir. Lakin Firidunsevərlər 16 min tirajın yüzlərlə nüsxəsini məhvdən qurtara bildilər. Həmin kitabın bir nüsxəsi də Milli Kitabxanamızda qiymətli bir əsər kimi saxlanılır.

F.Şuşinskinin həyatı mənə 1937-ci il repressiyasının qurbanı olmuş ədəbiyyatşünas, folklorçu, Salman Mümtazı хatırlatdı.

S.Mümtaz da atasından qalan var-dövləti ədəbiyyatımızın, folklorumuzun və onun yaradıcılarının üzə çıхarılıb, хalqımıza tanıtdırılmasına sərf etmişdi. Onun da bir çoх kitabı çap olunmuş, lakin işıq üzü görməyən neçə-neçə əlyazması tonqallarda yandırılmış, özü isə “vətən хaini” kimi repressiyaya məruz qalmışdı. S.Mümtaz bəraət alandan xeyli müddət sonra kitablrı yenidən nəşr olunmuşdu. Bu zaman məlum olmuşdu ki, tədqiqatçının yoxluğundan istifadə edən bəzi “görkəmli alimlərimiz” S.Mümtazın əziyyətlə topladığı əlyazmalara öz imzalarını qoyub, nəşr etdirmiş və nəticədə “professor”,“akademik” adı almışlar. Artıq o vaхtdan neçə illər keçib, sular durulub, haqq yerini tapıb.

F.Şuşinski dünyasını dəyişəndən sonra yeni musiqi “tədqiqatçılar”ı, “musiqişünaslar” meydana çıxmış və onun minbir əziyyətlə toplayıb nəşr etdirdiyi yazılarını öz adlarına dərc edirmişlər.

Sonda sizə xatırlamaq istəyirəm: Təvazökarlıqdan uzaq olsa da, bu sətirlərin müəllifi tərəfindən toplanmış, tərtib edilmiş, nəşrə hazırlanmış və 2015-ci ildə Baş nazirin müavini olmuş, Xalq yazıçısı Elçin Əfəndiyevin qayğısı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Firidun Şuşinskinin 672 səhifədən ibarət “Azərbaycanın musiqi xəzinəsi” adlı ensiklopedik kitabı nəşr olunmuşdur.

Rafael müəllim, F.Şuşinskinin bu kitabını oxumağınızı məsləhət bilirəm.

Şərhlər

Ələmdar Məmmədov 2024-12-18 23:43:06

Müəllifin bütün dəlilləri ilə razıyam.Firudin Şuşinski zamanında Azərbaycan muğamı üçün "oksigen balonu "olub!

Əliəddin 2024-12-18 23:41:31

Aslan Kənanın bu yazısı vicdanın səsi ilə yazılmış bir yazıdır. Ədəbiyyatçı-akademik olsa da yəqin ki, böyük CAVİDİN bu misraları onun üçün çox uzaqdır: YUREDU SARMIŞ QABALIQ,ALÇAQLIQ, BİR YÜKSƏLİŞ VARSA SƏBƏB YALTAQLIQ! Bir vaxtlar kölgəsinə sığınıb, ierarxiya pilləkənlərində yuxarılara dırmaşanlardan bundan artığını gözləmək ABSURD olardı. Açığı onun məlum kampaniyada yiyəsinə qarşı yazısını oxuyanda ətim töküldü. Ondam ŞUŞİNSKİ haqda nə cəfəngiyat yazmasından sadəcə təəccüblənməyə dəyməz. Belələri ucalmaları naminə istənilən birinə ÇAMUR atmasına şübhələnməmək lazım!

Tahir 2024-12-18 21:18:23

Rəfael yaddaşlarda qalacaqsa "tamada" kimi qalar. Əlbətdə qalacaqsa...

Mubariz 2024-12-18 19:37:43

Çox sağ olun ,dəlil və subutlarla qarayaxmaları saf-çürük etdiz , « İnsan yaltaqlanaraq ucalar » - erməni atalar sözü

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.