Menu

Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

13.12.2014, 12:26
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycanda sabahdan etibarən hava şəraiti qeyri sabit keçəcək və dekabrın 16-dək davam edəcək.

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Bu gecə şimal küləyinin sürəti bir qədər artacaq. Bakıda və Abşeron yarımadasında da dekabrın 14-15-də arabir yağış yağacağı gözlənilir. Bakıda gündüz havanın temperaturu 6-8 dərəcə isti təşkil edəcək. Aran rayonlarında isə havanın temperaturu gündüz 8-13 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol