Menu

İŞİD-dən növbəti vəhşilik aktı – 4 kişinin başı kəsildi

13.12.2014, 14:12
İŞİD-dən növbəti vəhşilik aktı – 4 kişinin başı kəsildi

İŞİD terror təşkilatı nəzarətdə saxladığı ərazilərdə qəddarlıq aktlarını davam etdirir. Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu dəfə İŞİD-çilər kafir hesab elədikləri 4 kişinin başını kəsiblər. Bu barədə Londonda mənzillənən “Suriyada insan haqlarının monitorinqi” təşkilatı məlumat yayıb.

Bildirilir ki, hadisə Homs şəhərinin şimalındakı kəndlərdən birində baş verib. Bundan əlavə, Suriyanın şimalında İŞİD tərəfdarları xəyanətdə ittiham edilən ər-arvadı daş-qalaq edərək öldürüblər.

Yerli sakinlər və fəallar deyir ki, silahlılar nəzarətdə saxladıqları Suriya və İraq ərazilərində tez-tez insanların başını kəsir və daşqalaqla öldürürlər. Motiv kimi isə “zina, homoseksuallıq, oğurluq və kafirlik” əsas götürülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol