Menu

Sənədsiz evlərin tükənməyən dərdi - Minlərlə insanın aqibəti necə olacaq? + VİDEO

22.12.2024, 20:07
Sənədsiz evlərin tükənməyən dərdi - Minlərlə insanın aqibəti necə olacaq? + VİDEO

Sakinlər Baku TV-nin qaynar xəttinə kanalizasiya problemlərinin işıqlandırılması üçün müraciət edirlər.Qeyd edək ki, paytaxtın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib. Plana uyğun olaraq, hazırda Bakı əhalisinin təqribən 72 faizi mərkəzləşdirilmiş kanalizasiya sistemi xidmətlərindən istifadə edə bilir. Yəni şəhərin mərkəzi hissəsi kanalizasiya sistemi ilə tam, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər rayonlarının qəsəbələri isə qismən təmin olunub. Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi mövcud olmayan ərazilərdə sistemin qurulması üçün layihə sənədləri hazırlanıb.

Buna kimi isə sakinlər ciddi problemlərlə qarşı-qarşıya qalırlar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə görə, əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağandır:  "Ümumiyyətlə, hər hansı təchizata qoşulmaq üçün sənədlər tələb olunur. "ASAN kommunal"da həmin sənədlərin dəqiqliyi müəyyənləşəndən sonra əgər ərazidə 30 metrdən uzaq olmayaraq hər hansı şəbəkə varsa, həmin abonentin o şəbəkəyə qoşulması təmin olunur".

Daha ətraflı videomaterialda:

Şərhlər

B.Kolxozdar 2024-12-23 09:59:12

Yuxarıdan aşağı *sonsuz ehtiram-etimad*, aşağıdan yuxarı *hədsiz məhsuldarlıq*!? Hələ AzSSR dövründə mühəndis-texniki qurum kimi, yığcam Abşeron Hökuməti təklif edilirdi ki, yarımadanın uzun sahili olsa da, geniş ab-havalı məskunlaşma deyil, tıxanma qəbul edilirdi? Moskva xərclərin az olması üçün metronu da yalnız mərkəz və qısa-mini stansiyalı eetdi? İnDi işsizlikdən gəl, 1967 planı üzrə 2040 can Möhtəşəm mərkəzə tıxan?

Mubariz 2024-12-22 20:37:50

Sənədsiz evlərin qeydiyatı ən asan məsələdir .Bələdiyyələrə büdcədə dotasiyanı dayandırmaq və qanun çıxarmaq lazımdır ki ,qiymətləndirmə aparılaraq çıxarış verilsin,həmin vəsaitin yarısını bələdiyyənin fonduna köçrülsün ,vəssalam .Lakin bunu istəyən yoxdur , bu saat pul ver ,istədiyin sənədi al

Eli 2024-12-22 20:32:08

Yarandığı hünden qüsursuz işleyen “Asan” xidmet bu gün qalıb Emlak komitesinin ,”Azerişıq”,”Azersu” ve sair rüşvetxor teşkilatların elindençıx teessüf.”Dost” xidmetinin fealiyyetinden ise danışmağa deymez.Çox heyf,çox teessüf.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol