Menu

Rusiyanın ən böyük poiqonuna hücum edilib - Yanğın və partlayış qeydə alınıb

23.12.2024, 16:26
Rusiyanın ən böyük poiqonuna hücum edilib - Yanğın və partlayış qeydə alınıb

Rusiyanın ən böyük hərbi poliqonu olan Rostov vilayətindəki “Kadamovski” poliqonu bazar günü hücum nəticəsində zədələnib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya “teleqram” kanalları məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, dekabrın 22-si səhər Rostov vilayətinə kombinə edilmiş hücum həyata keçirilib. Ən azı dörd PUA Novoçerkassk yaxınlığındakı Persianovski kəndində yerləşən hərbi poliqon ərazisinə düşüb. Hücum nəticəsində təlim meydançasındakı sursat anbarında yanğın və partlayış başlayıb.

Bundan əlavə, Millerovodakı hərbi aerodrom üzərində raket vurulub. “Teleqram” kanallarına görə, dekabrın 22-si PUA-lar Novoçerkassk Rayon Elektrik Stansiyasını da vurmağa cəhd ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol