Menu

Bəzi ərazilərdə qaz olmayacaq

23.12.2024, 20:18
Bəzi ərazilərdə qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qazın verilişində fasilə olacaq.

Bu  barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ərazisində "Qaz İxrac" İdarəsinə məxsus magistral qaz kəmərləri üzərində aparılacaq təmir-quraşdırma işləri və Nəsimi rayonunun Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 24.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin, Binə və Qala qəsəbələrinin, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinin, Nəsimi rayonu üzrə isə Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol