Menu

Nikol Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı verib

25.12.2024, 13:37
Nikol Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı verib

Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə bir faciə kədərə səbəb olmaya bilməz"", Ermənistanın Baş naziri qeyd edib.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol