Menu

Təyyarə qəzası ilə bağlı dövlət nümayəndələrinin müşavirəsi keçirilib

25.12.2024, 14:03
Təyyarə qəzası ilə bağlı dövlət nümayəndələrinin müşavirəsi keçirilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, xüsusi dövlət qurumlarının rəhbərləri, nümayəndələri müşavirə keçirib.

APA xəbər verir ki, bunu AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov deyib. O bildirib ki, ölən və yaralananların siyahısı açıqlanacaq: “Tapşırığa əsasən, xüsusi istintaq qrupu yaradılıb və Baş Prokurorun müavini artıq Qazaxıstandadır. Xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar təyyarə vasitəsilə Qazaxıstana göndərilib”.

Fərid Hüseynov vurğulayıb ki, hadisənin araşdırılmasının nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol