Menu

Moskvada yumurtalı aksiya - Video

13.12.2014, 16:18
Moskvada yumurtalı aksiya - Video

Kalyapin Çeçen lideri Ramazan Kadirovu Rusiyanın Konistitusiya qaydalarını pozmaqda təqsirləndirib

Rusiyanın paytaxtı Moskvada insan haqqları müdafiəçilərinin Çeçenistanla bağlı iclası yumurtalı etiraz aksiyası ilə yadda qalıb.

ANS TV-nin məlujmatına görə,”Euronews” telekanalında bildirilib ki, iclasda Rusiya İşgəncələrə Qarşı Komitənin sədri İqor Kalyapin Çeçenistanda silahlı dəstə üzvlərinin ailələrinə qarşı kütləvi şəkildə cəza tədbirlərinin görülməsinə qarşı çıxış edib.

Daha sonra Kalyapin Çeçen lideri Ramazan Kadirovu Rusiyanın Konistitusiya qaydalarını pozmaqda təqsirləndirib. Bu isə çeçen fəallarının qəzəbinə səbəb olub.

Fəallar yaxın məsafədən Kalyapini yumurta atəşinə tutublar. Fəallar onu cinayətkarları müdafiə etməkdə günahlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol