Menu

Təyyarə nasaz vəziyyətdə 50 dəqiqədən çox havada qalıb – Uçuş traektoriyası paylaşıldı + VİDEO

25.12.2024, 21:20
Təyyarə nasaz vəziyyətdə 50 dəqiqədən çox havada qalıb – Uçuş traektoriyası paylaşıldı + VİDEO

Məlum olduğu kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

"BAZA" "Telegram" kanalı Aktau hava limanındakı mənbələrə istinadla yazır ki, qəzadan əvvəl AZAL-ın təyyarəsi nasaz idarəetmə sistemləri ilə 50 dəqiqədən çox havada qalıb.

Qeyd olunur ki, Bakı vaxtı ilə saat 9:35-də əvvəlcə quş sürüsü ilə toqquşan, sonra isə göyərtəsində qaz balonu partlayan təyyarədəki fövqəladə vəziyyətlə bağlı Rostovdakı dispetçerdən hava limanına məlumat daxil olub.


Bu zaman pilot Aktauya eniş etmək istəyib.  "BAZA" -nın məlumatına görə, təyyarənin hərəkət istiqamətini idarə edən liftlər işləməyib. Pilotlar yalnız mühərrikin çalışma sürətini idarə edə biliblər və bu yolla bir neçə dövrə vurublar. Bunu "Flightradar" sisteminin təyyarənin traektoriyası ilə bağlı yayımladığı hərəkət sxemində də görmək mümkündür. Təyyarə havada bir neçə dövrə vursa da, hava limanına eniş üçün əlverişli şərait yaranmayıb.

"Telegram" kanalı yazır ki, pilotlar yəqin ki, təyyarəni havadan seçilmiş bir yerə endirmək qərarına gəlib.

Sərt eniş nəticəsində təyyarənin ön hissəsi parçalanaraq alovlansa da, quyruq hissəsi sağ qalıb. Qeyd edək ki, məlumata görə, qəzadan sağ çıxanların hamısı təyyarənin quyruq hissəsində olan sərnişinlərdir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol