“Hadisə yerində olduq, xəstəxanada yaralılara baş çəkdik. Reanimasiyada olan üç nəfərdən başqa hamısı yaxşıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, həlak olanların şəxsiyyətləri tam məlum olduqdan sonra Azərbaycan gətiriləcək: “Xəsarət alanları hazırda ölkəyə gətirmək mümkündür. Lakin həkimlərin məsləhətinə görə, onların psixoloji vəziyyəti nəzərə alınaraq yüngül xəsarət alanlar yaxın günlərdə, bəlkə də sabah, ya da o biri gün Vətənə gətiriləcək”.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə nallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarına baş çəkiblər. Nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti ilə maraqlanıblar.
Azərbaycan rəsmiləri sərnişinlərdən təyyarədə yaranmış fövqəladə vəziyyət və qəzanın səbəbləri ilə bağlı suallar soruşub, onların ifadələrini dinləyib.


Şərhlər
QƏZADA HƏLAK OLANLARA ALLAH RƏHMƏT ELƏSIN, YARALILARA ALLAHDAN ŞƏFA DİLƏYİRƏM. KƏMALƏDDİN MÜƏLLİMƏ CANSAĞLIĞI UZUN ÖMÜR ARZU EDİRƏM, BU KİŞİ HƏR BİR FACİƏDƏ ZƏRƏR ÇƏKMİŞ ŞƏXSİN YANINDA OLMAQLA YANAŞI TAM ƏMİNLİKLƏ DEYƏ BİLƏRƏM Kİ, DOĞMA İNSAN KİMİ HƏR KƏSƏ YARDIM EDƏCƏK. ONUN ORADA OLMASI MƏNDƏ ƏMİNLİK YARADIR. ÇOX SAĞ OL ƏZİZ QARDAŞ.