Menu

Bu il Azərbaycanda valyuta hərraclarında dollar satışı 7 milyardı ötüb

26.12.2024, 13:14
Bu il Azərbaycanda valyuta hərraclarında dollar satışı 7 milyardı ötüb

2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 95 valyuta hərracında 7 milyard 169,07 milyon ABŞ dolları satılıb.

“APA-Economics” AMB-yə istinadən xəbər verir ki, bu göstərici ötən illə müqayisədə 84.8% çoxdur. 

Belə ki, ötən il ərzində keçirilən valyuta hərraclarında 3 milyard 878.53 milyon ABŞ dolları satılmışdı.

Cari ilin dekabr ayında keçirilən 8 valyuta hərracında isə valyuta satışının məbləği 565.2 milyon dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol