Menu

NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb

26.12.2024, 15:05
NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb

NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bu barədə o, “X” platformasındakı paylaşımda bildirilib.

“Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayır və hərtərəfli araşdırmaya çağırırıq”- deyə paylaşımda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol