Menu

Almaniaynın XİN rəhbəri “Gürcü Arzusu”nu hədələdi – “Bir çox sanksiyaları müzakirə edirik”

26.12.2024, 16:37
Almaniaynın XİN rəhbəri “Gürcü Arzusu”nu hədələdi – “Bir çox sanksiyaları müzakirə edirik”

“Gürcülərin əksəriyyəti öz ölkələrinin Avropa yolunda davam etməsini istəyir. Onlar Avropanı ürəklərində daşıyırlar, səsləri avropapərəst etirazlardır. Amma hakim “Gürcü Arzusu” partiyasının başında duranlar onlara hədə-qorxu, zorakılıq və su şırnaqları ilə cavab verirlər”.

“AzPolitika” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalina Berbok bildirib.

Onun sözlərinə görə, “Gürcü arzusu” anti-Avropa dönüşü ilə Gürcüstanın Aİ-yə daxil olması prosesini bilərəkdən dayandırdı.

“Gürcü Arzusu”nun getdikcə artan avtoritar siyasətinə görə, biz Aİ-də Gürcüstanın üzvlük prosesinin rəsmi dayandırılmasını da müzakirə etməliyik” - deyə, nazir vurğulayıb.

Berbok əlavə edib ki, eyni zamanda, Aİ tərəfdaşları ilə birlikdə gələcək tədbirləri də müzakirə edirlər: “Bura Gürcüstan rəsmiləri üçün viza güzəştlərinin ləğvindən tutmuş məqsədyönlü sanksiyalara qədər bir çox tədbirlər daxildir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol