Menu

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu təsdiqlənib

27.12.2024, 13:16
Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu təsdiqlənib

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

 Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol