Azərbaycan yürütdüyü şəffaf diplomatiya sayəsində lazımi nəticəni əldə etdi.
“Report”un məlumatına görə, bu fikirlər Türkiyənin “Haber Global” televiziyasında yayımlanan süjetdə əksini tapıb.
Qeyd olunub ki, bununla da Azərbaycan bir daha beynəlxalq arenadakı diplomatik gücünü nümayiş etdirdi.
Vurğulanır ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında rəsmi Moskva AZAL təyyarəsinin qəzasına görə məsuliyyətini etiraf etməyə məcbur qaldı.
Süjetdə dekabrın 25-dən inidyədək təyyarə qəzası ətrafında baş verən proseslərə toxunulub.
“Azərbaycan Rusiyadan gözlədiyi rəsmi üzrü aldı. Prosesin bundan sonrakı hissəsi necə olacaq, onu zaman göstərəcək”, - süjetdə bildirilir.


Şərhlər
Araşdırma üçün beynəlxalq (Rusiya xaric )qurumlara müraciət edilməli idi..
Putin necə üzr istəi? Cinayətkarların müəyyən edilməsi üçün göstəriş verib? Kompensasiya barədə nəsə Fərman imzalayıb? Geçikmiş başsağlığını üzr hesab etmək həlak olan soydaşlarımıza hörmətsizlik deyilmi ?Yenə Rusbaşlar iş başındadır? Axı xalq bunu anlayır.