Menu

“Ukrayna Kursku tam itirə bilər” - “Bölmələr tükənmiş vəziyətdədir”

29.12.2024, 12:35
“Ukrayna Kursku tam itirə bilər” - “Bölmələr tükənmiş vəziyətdədir”

Yorulmuş və ruhdan düşmüş Ukrayna qoşunları ildırım sürətli avqust hücumu zamanı Rusiyanın Kursk vilayətində ələ keçirdiyi əraziləri itirmək riski ilə üz-üzədir.

“AzPolitika” xəbər verir ki, bunu “Associated Press” anonimlik şərti ilə Ukrayna ordusundakı mənbələrə istinadla yazıb.

Nəşr yazır ki, Ukrayna bölmələrinin əhəmiyyətli hissəsi tükənmiş vəziyyətdədir: “Döyüşlər o qədər şiddətlidir ki, bəzi ukraynalı komandirlər ölənləri təxliyə edə bilmir. Kommunikasiyadakı gecikmələr və düzgün təyin edilməmiş taktikalar əsgərlərin həyatı bahasına başa gəlir. Qoşunların əks-hücum etmək imkanı yoxdur”.

Nəşrin məlumatına görə, Rusiya regionda 50 mindən çox hərbçi, o cümlədən Şimali Koreyadan olan hərbçiləri cəmləşdirib: “Dəqiq rəqəmləri əldə etmək çətindir, lakin Moskvanın əks-hücumları minlərlə insanın ölümü və yaralanması ilə nəticələnir. Yorulmuş ukraynalılar avqustda ələ keçirdikləri ərazinin 40%-dən çoxunu itiriblər”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə Kursk vilayətində ələ keçirilən ərazilərin Rusiya ilə gələcək sülh danışıqlarında ciddi əhəmiyət daşıyacağını deyib.

“AzPolitika.info”

Şərhlər

Bəhrami 2024-12-30 09:38:01

BMT TŞ, onun Güclü üzvləri, NATO, Baş Assambleyi, Ədalət Məhkəmələri hansı məram-məqsədlə fəaliyyət göstərirlər? Hər DÖVLƏT öz sərhədlərinə çəkilməlidirlər. SSRİ Kremli özü, Ukraynanı digər respublikalar kimi azad buraxıb və dünya NİZAMI tələb edir ki, heç bir dövlət digərinə müdaxilə etməsin!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol